Adil Kərimli: “Kitab ənənəsi Qarabağa möhtəşəm formatda qayıdacaq”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan xalqı elmə, ədəbiyyata, oxumağa meyillidir və bu sahələr üzrə təşviqedici xalqlar içərisində yer alıb. Sevinirik ki, bu gün istər yeni texnologiya, istərsə də rəqəmsal dünyanın inkişafına baxmayaraq, klassik kitablar yenə də gündəmdədir. Bu da bizim üçün vacib şərtdir”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında deyib.
Nazir əminliklə ifadə edib ki, işğal dövründə azad edilən ərazilərdəki kitab və kitabxanaya ciddi ziyan dəysə də, kitab ənənəsi Qarabağa möhtəşəm formatda qayıdacaq:
“9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Qarabağ üçün kitabların toplanması və fondun zənginləşdirilməsi istiqamətində aksiyalar da təşkil ediləcək”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...