Adambaşına nə qədər fitrə zəkatı çıxarılmalıdır?
Fitr zəkatının məbləğini ailə sahibi qərarlaşdırır, ancaq İslam dinində fitrə zəkatının çıxarılmasının məbləği var.
BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.
İslamda fitr zəkatının miqdarı
"Ən çox istifadə olunan ərzağın 3 kiloqramı dəyərində adambaşına fitrə zəkatı çıxarılmalıdır. Bunu maddi imkana görə yoxsullar və imkanlılar ayırmalıdır. Minimum məbləğ də düşünülə bilər. Ancaq maddi durumu yaxşı olan insanlar bunu minimum yox, orta və ya yuxarı məbləğdən götürsə, yaxşıdır", - o qeyd edib.
Minimum və tövsiyə olunan məbləğ
Fuad Nurullayev bildirib ki, fitr zəkatında ən çox buğda unundan, çörəkdən, düyüdən, xurmadan, kişmişdən istifadə olunur: "Maddi imkanı yaxşı olanlar bunları 3 kilodan hesablaya bilər. Minimum heç olmasa, 14-15 manatdan hesablasalar, yaxşı olar".
Oxşar xəbərlər
Azərbaycan və Özbəkistan aqrar məhsulların birgə ixracını müzakirə edib
Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı məhsullarının digər ölkələrə birgə ixrac imkanları müzakirə edilib. BAKU.WS xəbər verir ki, bunu kənd təsərrü...