Ağcabədi işıqsız qalıb - FOTO

Ağcabədi işıqsız qalıb - FOTO
Sosial 1323
 

Ağcabədidə güclü külək bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində çətinlik yaradıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Ağcabədi rayonunun Kəhrizli kənd ərazisində ağac aşması nəticəsində 3 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb. Rayon İcra Hakimiyyətinin Kəhrizli ərazi üzrə nümayəndəsi Ayaz Qəhrəmanovun APA-ya verdiyi bildirib ki, güclü külək nəticəsində elektrik naqilləri sıradan çıxıb. Kəhrizli, Kiçik Kəhrizli və Minaxorlu kəndlərinə elektrik enerjisinin verilməsində problem yaranıb.

Güclü  külək Ağdamda da ciddi fəsadlar yaradıb. Rayonun Əhmədağalı kənd sakini İsmayılov Malik İsgəndər oğluna məxsus evin qarşısındakı çardağın tavan hissəsi uçub.

BAKU.WS 

Oxşar xəbərlər

Bakı-Şamaxı-Yevlax yolu bağlandı - SƏBƏB

Bakı-Şamaxı-Yevlax yolu bağlandı - SƏBƏB

Bu gün saat 13:00 radələrindən başlayn güclü külək Ağdaş və Göyçayda ciddi fəsadlara səbəb olub. BAKU.WS xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına gö...

1536 Hadisə 17:19 09 may 2017

Son xəbərlər