Abşeronda avtobus dayanacağı palçıq içində qalıb

Abşeronda avtobus dayanacağı palçıq içində qalıb
Foto
Sosial 71

Abşeron rayonu, Məmmədli qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən avtobus dayanacağının vəziyyəti ciddi narahatlıq doğurur.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Ərazidən çəkilən fotolardan da göründüyü kimi, yol tamamilə palçıq içindədir, dayanacağa yaxınlaşmaq isə demək olar ki, mümkünsüz hala gəlib.

Yağışlı hava şəraitində qəsəbənin bu hissəsi keçilməz bataqlığı xatırladır. Xüsusilə ictimai nəqliyyatdan istifadə edən sakinlər üçün vəziyyət daha ağırdır. Avtobus gözləyən insanlar palçığın içindən keçməyə məcbur qalır, bu isə həm təhlükəsizlik, həm də sanitariya baxımından ciddi problemlər yaradır.

Sakinlərin sözlərinə görə, sözügedən ərazi uzun müddətdir bu vəziyyətdədir:

"Bura avtobus dayanacağıdır, amma nə asfalt var, nə də normal yol. Yağış yağan kimi hər yer palçıq olur. Uşaqlar, yaşlılar çox əziyyət çəkir".

Son xəbərlər