Abşeron rayonu üzrə 6 bələdiyyə birləşdiriləcək
Abşeron rayonu üzrə 6 bələdiyyə birləşdiriləcək.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Abşeron rayonu üzrə bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılacaq:
- Aşağı Güzdək və Pirəkəşkül-Qobustan bələdiyyələrinin əhatə etdiyi Aşağı Güzdək qəsəbəsində və Qobustan, Pirəkəşkül kəndlərində Aşağı Güzdək bələdiyyəsi;
- Fatmayı və Görədil bələdiyyələrinin əhatə etdiyi Fatmayı və Görədil kəndlərində Fatmayı bələdiyyəsi;
- Güzdək və Qobu bələdiyyələrinin əhatə etdiyi Güzdək və Qobu qəsəbələrində Qobu bələdiyyəsi.
Oxşar xəbərlər
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər. BAKU.WS xəbər verir...