ABŞ səfiri xanımı ilə Gəncənin gəzməli yerlərində
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Gəncəyə səfəri çərçivəsində şəhərin bir sıra görməli yerlərini ziyarət edib.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Səfirliyinin feysbuk hesabında paylaşım edilib.
"Gəncənin ən ecazkar yerlərini, o cümlədən Nizami Gəncəvi, İmamzadə və Cavad Xan məqbərələrini, Xan Bağını, Şah Abbas məscidini və unikal Şüşə Ev Muzeyini görmək inanılmaz bir təcrübə idi. Bunlarla tanışlıq bizə Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında daha çox məlumat verdi. Həqiqətən də, unudulmaz təəssüratlar yaşadıq!" - deyə paylaşımda səfirin sözləri qeyd olunub.
Səfərdə amerikalı diplomatı həyat yoldaşı Danusia müşayiət edib. Paylaşımda səfir və həyat yoldaşının Gəncədən fotoları da yer alıb.
Qalereya
Oxşar xəbərlər
Bəzi rayonlara qar yağacaq - Yollar buz bağlayacaq
Yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. BAKU.WS xəbər...