Abituriyentlərin NƏZƏRİNƏ: Ali məktəblərə sənəd qəbulunun müddəti uzadıldı
17
mar
2022
17:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə ərizə qəbulunun vaxtı martın 18-i saat 11:00-dək uzadılıb.
BAKU.WS xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin xəbərinə görə, 16:50-yə olan məlumata əsasən, 94 323 nəfər ərizəsini təsdiq edib.
Qeyd edək ki, ərizə qəbulunun müddəti bu gün saat 23:59-da başa çatmalı idi. Sənəd qəbuluna aprelin 4-dən başlanılıb.
Oxşar xəbərlər
Nazirlər Kabineti qərar verdi
Nazirlər Kabineti “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 23 aprel tarixli 75 nömrəli, “Orta ixtisas təhsil...