Abbas Abbasov: "Qərbi azərbaycanlıların təhlükəsiz qayıdışı təmin edilməlidir"
"Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə öz dədə-baba yurdlarına qayıdışını təmin etmək lazımdır".
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov ABŞ Konqresinin binasında keçirilən "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq Konfrans barədə danışarkən deyib.
O bildirib ki, Azərbaycanın bu məsələdə heç bir ərazi iddiası yoxdur:
"Konfransda ABŞ-də fəaliyyət göstərən və yaşayan insanlar - tədqiqatçılar, hüquqşünaslar, hətta dekolonizasiya üzrə ekspertlər iştirak edirdilər. Təbii ki, biz onlarla bir neçə ay öncə danışıqlar aparır, məlumatları təqdim edirdik. Heç bir təzyiq göstərmədən, onlara açıq mənbələrdən tarixi və hüquqi faktları müqayisə edərək müstəqil fikir formalaşdırmaq üçün bir platforma və şans yaratdıq. Beləliklə, həmin ekspertlər konfrans zamanı öz obyektiv mövqelərini ortaya qoydular və bunu qəbul etdilər.
Çünki burada iki əsas məqam var:
1. Azərbaycanın bu məsələdə heç bir ərazi iddiası yoxdur.
2. Ermənistanın suverenliyinə toxunan heç bir məqam mövcud deyil.
Bu, sadəcə hər bir vətəndaşın fundamental qayıdış hüququdur. 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və 1951-ci il Qaçqınların statusuna dair Cenevrə Konvensiyası kimi beynəlxalq hüquqi sənədlər əsasında bu vətəndaşların hüquqları tənzimlənməli və təmin edilməlidir. Təəssüf ki, ermənilər bunu qəsdən mürəkkəbləşdirsələr də, əslində burada qeyri-adi bir şey yoxdur, sadəcə insanların təhlükəsiz şəkildə öz dədə-baba yurdlarına qayıdışını təmin etmək lazımdır".
Oxşar xəbərlər
Azərbaycanda ərzaqlıq buğdanın yeni dövlət tədarük qiyməti müəyyən edilib
Nazirlər Kabineti Azərbaycanda 2026-cı il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiymətini 400 manat/ton olaraq müəyyən edib. BAKU.WS report-a istinadən xəbər ve...