ABADA: Gürcüstan sərhədində daşımalarla bağlı kütləvi problem yoxdur
Gürcüstan qanunvericiliyinə əsasən, Azərbaycan daşıyıcının apardığı yükün xarakterinə uyğun olaraq, yoxlama prosesi laboratoriya rejimində aparılır, bu da nəqliyyat vasitələrinin gecikməsinə səbəb olur.
Bu barədə BAKU.WS-ə "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası"ndan (ABADA) bildirilib.
Məlumata əsasən, son günlər Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində bir sıra çətinliklərin olması barədə xəbərlər yayılıb:
"ABADA tərəfindən Gürcüstan istiqamətində fəaliyyət göstərən daşıyıcılardan bu barədə şifahi sorğu aparılıb. Sorğunun nəticəsinə əsasən, belə bir halın kütləvi xarakter daşımadığı müəyyən olunub. Daşımalar normal şəraitdə həyata keçirilir".
Qeyd edilib ki, məsələ ilə bağlı, aidiyyəti dövlət qurumları zəruri tədbirləri həyata keçirirlər və bu barədə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda!
Artıq xizək sürmək üçün kilometrlərlə məsafə qət etməyə ehtiyac yoxdur. Paytaxtın tam mərkəzində fəaliyyətə başlayan "Ski Center Baku" bu unikal həzzi bir addım...