AAYDA-nın üç qurumu LƏĞV OLUNDU
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli cəmiyyətləri ləğv olunduqlarını elan ediblər.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini MMC-lərin hüquqi ünvanlarına təqdim edə bilərlər.
Qeyd edək ki, 1 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin direktoru Əli Hüseyn oğlu Hünbətov, 2 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin direktoru Səxavət Həsən oğlu Aslanov, 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin direktoru isə Ustubat Heydər oğlu Niftəliyevdir.
Xatırladaq ki, daha əvvəl "1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası" MMC ləğv olunduğunu elan edib.
Oxşar xəbərlər
Lerikdə 14 kq narkotik aşkarlanıb
Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb. BAKU.WS xəbər verir ki, ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasit...