AAYDA: Cəlilabadda 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur
Cəlilabadda 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur.
Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, Cəlilabad rayonunda Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd marşrutu üzrə avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. AAYDA icra olunan, ümumi uzunluğu 18 kilometr olan layihə 7 mindən artıq əhalinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edir.
Layihə çərçivəsində indiyədək yolun 4,3 kilometrlik hissəsində torpaq işləri, 3,3 kilometrlik hissəsində isə yol əsasının alt qatının inşası tamamlanıb. Bununla yanaşı, yolun dayanıqlığını və təhlükəsiz istismarını təmin etmək məqsədilə 9 nöqtədə suötürücü boruların quraşdırılması işləri davam etdirilir. Tikinti prosesi müasir inşaat norma və qaydalarına uyğun şəkildə həyata keçirilir, AAYDA qeyd edir.
Oxşar xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sabah Bakının bir hissəsində qaz olmayacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə ha...