SİZİN REKLAM BURADA!
055 213 76 73


Operativ Qərargahın qərarına əsasən, bulvar və parklarda uşaq əyləncə mərkəzləri, atraksionlar işləməməlidir. Amma valideynlər övladları əyləncədən geri qalmasın deyə bu qadağaya məhəl qoymurlar.

BAKU.WS xəbər verir ki, BAKU.TV mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Süjetdən göründüyü kimi uşaqlar virusdan bixəbər əylənir, valideynlər isə onlara nəzarət edirlər. Burada uşaqlar üçün nəzərdə tutulmuş karusellər tam işlək vəziyyətdədir.

Valideynlər bildirirlər ki, parklar açıqdır, onlar da uşaqlarını gətirirlər: “Olmaz, qoymasınlar. Açırlar, uşaqlar da istəyir”.

Digər parkda da mənzərə eyni idi. Yenə biganə valideynlər, yenə qaydaları pozan atraksion işçiləri. Maraqlısı isə odur ki, atraksionları 1 manat qarşılığında işlədən şəxslər burada heç bir problem olmadığını və uşaqların, özlərinin virusa yoluxmayacaqlarını zənn edirlər.

Valideynlər isə soyuqqanlı şəkildə bu atraksiondan uşaqların istifadəsinə icazə verirlər.

Kanal əməkdaşları Dənizkənarı Bulvar ərazisində, Nərimanov, Hüseyn Cavid parkında isə Operativ Qərargahın qaydalarına tam əməl olunduğunun şahidi olub.

Hər zaman olduğu kimi burada da kimisi qanuna əməl edir, kimisi isə qanun pozur. Bir qanunun pozulmaması üçün qanun hər kəsi qane etməlidir.

Hər bir halda bu məqamda uşaq da haqlıdı, atraksion sahibi də, elə yeri gəlmişkən, insanların sağlamlığının qayğısına qalan Operativ Qərargah da.

BAKU.WS
VİDEO