Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı artıb

2020-ci ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.
Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 10 dəfə artıb.
İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 110 Türkiyə vətəndaşı səfər edib.
Ümumilikdə, hesabat dövründə 6 408 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 47,8 faiz azdır.
Oxşar xəbərlər
Azərbaycana turist axını 3 dəfə azalıb
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından ba...