SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan general-leytenant Çingiz Məmmədov dünyasını dəyişib.

BAKU.WS "Azeri Defence" saytına istinadən xəbər verir ki, general-leytenant Çingiz Məmmədov bu gün dünyasını dəyişib.

General-leytenant Çingiz Məmmədovun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, Çingiz Məmmədov sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə uzun müddət müdafiə nazirinin müavini vəzifəsində çalışıb. O, 2015-ci ildə ölkə başçısının sərəncamı ilə vəzifəsindən uzaqlaşdırılaraq Silahlı Qüvvələrdən ehtiyata göndərilib.

Allah rəhmət eləsin!

BAKU.WS