Şəhid generalın adı metro stansiyaya veriləcək? - RƏSMİ AÇIQLAMA

Şəhid generalın adı metro stansiyaya veriləcək? - RƏSMİ AÇIQLAMA
Sosial 7272

Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərin, xüsusən də general Polad Həşimovun adının əbədiləşdirilməsi istiqamətində geniş müzakirələr gedir.

BAKU.WS xəbər verir ki, deputat və xalq artistlərindən tutmuş sadə vətəndaşa kimi bir çoxları yeni açılacaq metro stansiyaya şəhid generalın adının verilməsini təklif edirlər.

Azərbaycanın xalq artisti Afaq Bəşirqızı da açıqlamasında bildirib ki, generalın adını əbədiləşdirmək üçün küçə, yeni açılacaq metro stansiya, gəmilərdən birinə onun adı verilə bilər. Hələlik bu istiqamətdə qərar verilməsə də, generalın adını daşıyacaq məkanın hara olacağı maraqla gözlənilir.

Yeni açılacaq stansiyaya şəhid generalın adının verilib-verilməyəcəyini dəqiqləşdirmək məqsədilə Nazirlər Kabinetinə müraciət etdik. Qurumun Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov BAKU.WS-ə bildirdi ki, bu barədə hansısa məsələ müzakirə edilməyib.

Oxşar xəbərlər

Şəhid generalımızın adı əbədiləşdirilsin - Adına küçə

Şəhid generalımızın adı əbədiləşdirilsin - Adına küçə

Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusunun 12 hərbi quluqçusu şəhid olub. Şəhidlər arasında general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəy...

5570 Sosial 15:56 20 iyul 2020

Son xəbərlər