SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycanda koronavirusa qarşı mübarizədə bütün dövlət strukturlarının fəaliyyəti qarşılıqlı əlaqə şəraitində həyata keçirilir”.

BAKU.WS-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

TƏBİB və Səhiyyə Nazirliyi arasında əmək bölgüsünə gəlincə, H. Hacıyev deyib ki, Azərbaycanda səhiyyə sistemində islahatların aparılması nəzərdə tutulurdu: “Koronavirus müharibəsi səbəbindən TƏBİB və Səhiyyə Nazirliyi arasında təhsil-təslim, səlahiyyətlərin bölgüsü tam başa çatmayıb. Ona görə də hər iki qurumun birgə fəaliyyəti təşkil olunur. Məqsəd koronavirusa qarşı mübarizənin effektiv aparılmasıdır”.

BAKU.WS