SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gündən Azərbaycanda Aİ-95 ("Premium") markalı benzin bahalaşıb.

BAKU.WS "SOCAR Petroleum" şirkətinə istinadən xəbər verir ki, Aİ-95 markalı yanacaq 0,10 manat bahalaşaraq 1,20 manat olub.

"Bahalaşma bu markalı benzinin xaricdən alış qiymətinin artması ilə əlaqədardır", - şirkətdən qeyd ediblər.

Qeyd edək ki, Aİ-95 markalı benzinin qiyməti mayın 1-də 1,20 manatdan 1,10 manata endirilmişdi.

Xatırladaq ki, sözügedən "Premium" markalı benzin Azərbaycanda istehsal olunmadığından xaricdən alınır.

BAKU.WS