SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Lahor şəhərindəki parkda törədilmiş partlayış nəticəsində həlak olan və xəsarət alanlarla bağlı Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ordu generalı Rəşad Mahmuda başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, başsağlığında bildirilir: "Pakistan İslam Respublikasının Lahor şəhərində törədilmiş terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması haqqında xəbər məni dərindən kədərləndirdi. Biz bu dəhşətli hadisələrdən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ən kəskin şəkildə terrora qarşı mübarizə aparırıq. Bütün yaralılara Tanrıdan şəfa arzulayıram.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm".
 
BAKU.WS