SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Türkiyəyə istirahətə yollanmaq üçün hələ 10 gün əvvəldən "Just Tour"adlı turizm şirkətindən turpaket aldım. İşlərimi qaydaya salandan sonra biletimi də götürüb hava limanına yollandım. Ancaq orada eşitdiklərim məni şoka salmışdı. Biletimin bron olduğunu, ancaq ödənişi edilmədiyi üçün etibarsız sayıldığıı dedilər".

Bunu BAKU.WS-in əməkdaşı ilə söhbətində paytaxt sakini Tofiq Məmmədov söyləyib. Onun sözlərinə görə, bu qarşılaşdığı hadisə qarşısında mat qalmışdı. Turizm şirkəti ilə əlaqə saxlamaq istəyən Tofiq zəng etdiyi nömrələrdən suallarına cavab tapa bilməyib. O, buna baxmayaraq məcbur olub özünə bilet alaraq səyyahətinə davam edib. 

Tofiqin bu şikayətindən sonra kiçik bir araşdırma apardıq və məlum oldu ki, "Just Tour"adlı turizm şirkəti bu günə qədər yüzlərlə adamın pulunu mənimsəyib. Redaksiyamıza daxil olan şikayətlərdən də aydın olur ki, turizm şirkəti vətəndaşlara satdığı turpaketləri və biletləri başqa turizm şirkətlərindən alıb və sonradan ödəniş etməyib. Nəticədə bron olunan biletlər və turpaketlər etibarsız sayılıb. Hava limanından geri qayıtmayan vətəndaşlar ciblərindən əlavə pul ödəyərək yeni bilet alıblar və səyahətə yollanıblar.

Turizm şirkətinin rəhbəri Zəkayıl Abdullayev bu vəziyyətin yaxşı olmadığını görərək ölkəni tərk edib. O, şirkət vasitəsi ilə vətəndaşların 500 min manat dəyərində pulunun arxasına keçib. Zəkayıl Abdullayev borclu olduğu digər iki nəfərə isə pullarını qaytaracağına söz verib. Hər iki vətəndaşa ayrı-ayrılıqda öz evini satan şirkət rəhbəri burdan aldığı vəsaitlə müştərilərə olan borclarını qaytaracağını deyib. Ancaq sonradan Zəkayıl Abdullayev əlaqə nömrələrini söndürərək qeybə çəkilib. 

Məsələ ilə bağlı "Just Tour"adlı turizm şirkəti ilə dəfələrlə əlaqə saxlamağa çalışdıq. Ancaq cəhdlərimizə baxmayaraq bizə cavab verən olmadı. Yəqin ki, bu vəziyyətdən sonra məsələ ilə hüquq mühafizə orqanları məşğul olacaqlar.
 
BAKU.WS