900-dən çox KOB subyekti və potensial sahibkar dövlət dəstəyi ilə biznes üzrə bacarıqlarını inkişaf etdirib

KOB-ların və biznesə başlamaq istəyən potensial sahibkarların müvafiq sahədə bilik və bacarıqlara yiyələnməsi, mövcud biliklərinin artırılması və təkmilləşdirilməsi, peşəkar məsləhət xidmətinin göstərilməsi istiqamətində dövlət dəstəyi tədbirləri davam etdirilir.
BAKU.WS xəbər verir ki, 2025-ci ilin yanvar-iyun aylarında bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 70-ə yaxın ödənişsiz təlim təşkil olunub.
Təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun olaraq əsasən satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması, "yaşıl iqtisadiyyat" və digər mövzuları əhatə edib. Təlimlərdə ümumilikdə Bakı və ölkə regionlarından olmaqla 470-ə yaxın biznes subyekti və potensial sahibkar iştirak edib. Daha çox KOB subyektinin ödənişsiz təlimlərdən yararlanması üçün bəziləri onlayn formatda təşkil olunub.
Eyni zamanda KOBİA-nın yaratdığı video təlim platformasındakı onlayn təlim videolarından 301 nəfər ödənişsiz faydalanıb.
Satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı KOBİA tərəfindən cari ilin I yarısında 140 sahibkara və biznesə başlamaq istəyən şəxsə peşəkar məsləhət xidməti göstərilib.
Agentliyin dəstəyi ilə kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə biznesin qurulması və genişləndirilməsi məqsədilə ödənişsiz olaraq 128 biznes plan hazırlanıb.
Ümumilikdə, 2025-ci ilin birinci yarısında KOB subyektlərinin biznes üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq sahəsində lazımi informasiya ilə təmin olunması üçün KOBİA-nın təlim, məsləhət xidməti, biznes planın hazırlanması, video təlim platforması kimi dəstək alətlərindən 900-dən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.
Oxşar xəbərlər
Polisdən Bakı sakinlərinə xüsusi XƏBƏRDARLIQ - Yollarda...
Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq edib. Bu barədə BAKU.WS-ə nazirlikdən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları ikitəkərli nəqliyyat...