90-dan çox yaşı olan bina hər an sakinlərin başına uça bilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncənin Cavad bəy Şıxlinski küçəsində yaşayan Selyan Məmmədova binalarının yararsız vəziyyətdə olmasından şikayətçidir.
Onun sözlərinə görə, illərdir yaşadıqları bina 1927-ci ildə inşa olunub. Hazırda isə uçmaq təhlükəsi ilə üz-üzədir.
S.Məmmədova deyir ki, maddi imkanlarının aşağı olması səbəbindən başqa yaşayış yerinə və ya kirayəyə köçə bilmirlər. Binada Selyan xanımla yanaşı, 10-a yaxın ailə yaşayır. Sakinlərin bir qismi isə məcburən kirayəyə və ya yaxınlarının yanına sığınıb. Hazırda binada cəmi altı ailə qalıb.
Sakinlər deyir ki, bir müddət əvvəl binaya bir neçə nəfər gəlib baxıb. Hətta tikilinin şəkillərini də çəkib. Lakin gələn rəsmilərin hansı qurumun nümayəndələri olduğunu bilmirlər.
Məsələ ilə bağlı Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin nümayəndəsi Müseyib Valehov bildirib ki, bina sakinləri tərəfindən onlara heç bir rəsmi müraciət daxil olmayıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...