SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Sumqayıt yolunda tıxac yaranıb.

BAKU.WS xəbər verir ki, səhər saatlarında Bakı-Sumqayıt yolunda böyük sıxlıq yaranıb.

Yolun Xırdalan dairəsindən başlayan tıxac “Ekologiya postu” da daxil olmaqla "Şamaxinka" adlanan əraziyə qədər davam edir.

Bundan başqa, "20 yanvar" metrosu istiqamətində də yollarda sıxlıq yaranıb.

Qeyd edək ki, “Ekologiya postu” sökülür və ərazi genişləndirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə açıqlamasında deyib ki, artıq həmin ərazidən bir az geridə post üçün yeni bina inşa edilib.

Xırdalanın girişində isə polis postu qurulub.

Bu səbəbdən də yolda sıxlıq yaranıb.

BAKU.WS
QALEREYA