SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə sanitar norma və tələblərə cavab verməyən, nəzərdə tutulan standartlardan uzaq fəaliyyət göstərən kafe aşkar edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə Regional Bölməsinin keçirdiyi yoxlamalarda gigiyenik qaydaların kobud şəkildə pozulması faktı aşkar olunub. Şəhərin Şah İsmayıl Xətai Prosektində yerləşən “Söyüdlük” kafesində aparılan dövlət yoxlaması zamanı kafenin anti-sanitar şəkildə fəaliyyət göstərdiyi üzə çıxıb. Görüntülərdən də aydın olduğu kimi təmizlik qaydalarının ümumiyyətlə əməl edilmədiyi kafedə müştərilərə xidmət göstərilir.

Reyd bir daha təsdiq etdi ki, karantin qaydalarının yumşaldılması ilə kafe və restoranlar öz fəaliyyətlərini necə gəldi qurub. AQTA-nın mütəxəssisləri növbəti dəfə xəbərdarlıq edir. Bu cür reydlər mütəmadi şəkildə keçiriləcək. Bu baxımdan sanitar normalara əməl edilməsi, gigiyenik tələblərin qorunması vacib şərtdir.

BAKU.WS
QALEREYA