89 ərzaq satışı müəssisəsində nöqsanlar aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ərzaq satışı obyektlərində monitorinqlər davam edir.
AQTA-dan BAKU.WS-ə verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində yanvarın 29-dan fevralın 1-dək agentlik əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 111 ərzaq satışı obyektində monitorinqlər həyata keçirilib.
Monitorinq keçirilən 89 ərzaq satışı müəssisəsində ümumilikdə 133 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...