SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 1 nömrəli Protokoluna əsasən Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üçün Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən işlərin icrasına başlanılıb.

Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, tədbirlər planına əsasən Bakı şəhəri prospekt və küçələrində avtobus dayanacaqları üçün avtobusların qabarit ölçüləri nəzərə alınmaqla müəyyən edilmiş ölçüdə nişanlama xətlərinin çəkilməsi işləri aparılır.

Artıq 170 ünvanda yerləşən dayanacaqlarda işlər icra olunub. Hazırda digər küçələrdə anoloji xətlənmə işləri həyata keçirilir. Yaxın günlərdə bu istiqamətdə işlər tam olaraq yekunlaşdırılacaq.

Ziya Səccad
BAKU.WS