SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı şəhəri Nərimanov, Sabunçu, Binəqədi və Xəzər rayonlarınin  təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS verilən məlumata görə, diametri 300 mm-lik siyirtmənin təmiri, qaz xəttinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş diametri 225 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə martın 4-də saat 10:00-dan  işlər yekunlaşanadək Nərimanov rayonu Ə. Əliyev, T. Əliyev, C. Hacıbəyli, Azadlıq və Atatürk prospektlərində, Sabunçu rayonunun Ramanı, Savalan yaşayış massivi, Südçülük sovxozu və Şuşa qaçqın şəhərciyi ərazilərində, Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarında həmçinin Xəzər rayonunun Şüvəlan qəsəbəsinin  bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.
 
BAKU.WS