Bakıda 4 gün ərzində keçirilən reydlər zamanı 97 avtobus saxlanılaraq cərimə meydançasına aparılıb.


Bunu Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimli BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, reydlər əsasən Səbail, Yasamal, Nəsimi, Nərimanov və Binəqədi rayonu ərazisində təşkil olunub.

"Avtobus şirkətlərinə və sürücülərə qabaqcadan xəbərdarlıq etməyimizə baxmayaraq 4 gün ərzində 97 avtobus yol hərəkəti haqqında qanunu kobud şəkildə pozub. Onlardan çoxu dayanacaqdan kənar yerdə sərnişin düşürdüb və mindiriblər. Bəziləri isə hərəkətdə olarkən qapını bağlamayıblar və nəzərdə tutulandan çox sərnişin daşıyıblar”, - deyə Vüqar İbrahimli bildirib.

Bundan əlavə, reyd zamanı 10-dan çox avtobus sürücüsünə xəbərdarlıq edilib və cərimələnib. Hazırda da reydlər davam edir.

Ziya Səccad
BAKU.WS