Azərbaycandan İtaliyaya hava reysləri təxirə salınıb - RƏSMİ
Azərbaycan ərazisindən İtaliyaya hava reysləri müvəqqəti dayandırılıb.
Bu barədə BAKU.WS-ə “Azərbaycan Hava Yolları” QSC-dən məlumat daxil olub.
Bildirilib ki, tələbatın aşağı olması səbəbindən “Azərbaycan Hava Yolları” hər ilin fevral ayında Bakı-Milan-Bakı istiqaməti də daxil olmaqla, bir sıra beynəlxalq istiqamət üzrə reyslər yerinə yetirmir: "Uçuşlarda fasilə, həmçinin aviaşirkətə hava gəmiləri donanmasının əsaslı təmirini həyata keçirməyə imkan verir.
Bu il Milana uçuşlar martın 17-dən bərpa olunacaq. Reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı olmaq ilə yerinə yetiriləcək".
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...