Bu gün koronavirusa görə Cəlilabadda xəstəxanaya 29 nəfər daxil olub - RƏSMİ

Bu gün koronavirusa görə Cəlilabadda xəstəxanaya 29 nəfər daxil olub - RƏSMİ
Sosial 2460

Bu gün Cəlilabad rayon Mərkəzi Xəstəxanasına 29 nəfər daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri məlumat yayıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, bu gün həkim müayinəsi üçün xəstəxanaya 29 nəfər daxil olub.

Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.

Xatırladaq ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilmişdir.

Hazırda ümumilikdə 52 nəfərdən 2-nin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir.

Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.

Son xəbərlər