800 kiloqramdan çox narkotik tərkibli bitki məhv edildi - FOTO
27
iyl
2022
13:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçayda 800 kiloqramdan artıq narkotik tərkibli bitki məhv edilib.
Bu barədə DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ləkçıplaq kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 830 kiloqram olan 1857 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Qalereya
Oxşar xəbərlər
Zəngilanda bir tondan çox çətənə kolu məhv edilib - FOTO/VİDEO
Zəngilan Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əmakdaşlarının birgə keçirdikləri profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərk...