8 Noyabr prospektində xaos: "Eskalatorun işlədiyi günü görməmişəm"

8 Noyabr prospektində xaos: Eskalatorun işlədiyi günü görməmişəm
Video
Sosial 16

Xətai rayonu, 8 Noyabr prospektində yerləşən piyada keçidində eskalatorların işləməməsi sakinlərin narazılığına səbəb olub.

Sakinlərin Baku TV-yə bildirdiklərinə görə, keçiddəki eskalatorlardan biri artıq təxminən iki aydır fəaliyyət göstərmir.

Nəticədə yaşlılar, uşaqlar və digər piyadalar keçiddən istifadə etmək üçün pilləkənlərlə qalxıb-düşməli olurlar. Həmçinin qeyd edilib ki, eskalator işləmədiyinə görə vətəndaşlar məcbur qalırlar ki, avtomobil yolundan keçsinlər.

Ərazidə çalışan əməkdaş isə eskalatorun nasazlığının ehtiyat hissəsi ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, qurğuların texniki hissələri Çindən gətirilməlidir və sifariş artıq verilib. Əməkdaş onu da bildirib ki, keçiddəki eskalatorlar təxminən 16 il əvvəl quraşdırılıb və artıq həmin texnikaya uyğun ehtiyat hissələrinin tapılması çətinləşib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər