12 metrlik müasir avtobuslar Bakı küçələrində - FOTO

12 metrlik müasir avtobuslar Bakı küçələrində - FOTO
Foto
Sosial 3799

199 nörməli müntəzəm marşrut xətti üzrə 12 metrlik müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətinə verilib.

BAKU.WS xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, “Xaliq Faiqoğlu” şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 20 ədədini 12 metrlik "İsuzu Citiport" markalı nəqliyyat vasitəsi ilə əvəz edib.

Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də, uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

Sərnişinləri sevindirəcək yenilik - 12 metrlik avtobuslar xəttə buraxılır - FOTO

Sərnişinləri sevindirəcək yenilik - 12 metrlik avtobuslar xəttə buraxılır - FOTO

199 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya 12 metrlik "İsuzu Citiport" markalı avtobuslar cəlb ediləcək. Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə ve...

4681 Sosial 16:28 22 yanvar 2020

Son xəbərlər