SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.

BAKU.WS BNA-ya istinadən xəbər verir ki, 24 yanvardan etibarən 4 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək.

Məlumata görə, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir:

“İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək”.

BAKU.WS