SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Nəsimi, Yasamal, Nərimanov və Quba rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

BAKU.WS-in "Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla verdiyi məlumata görə, fevralın 19-da saat 10-dan işlər yekunlaşanadək Nəsimi rayonunun 2, 3, 4-cü mikrorayonlarında, A.Qurbanov və H.Ələskərova küçələrində, Yasamal rayonunun Şərifzadə küçəsi, 1-ci və 2-ci Alatava qəsəbələrində, Nərimanov rayonunun Ağa Nemətulla, Y.V.Çəmənzəminli və Ə.Qayıbov küçələrinin, eləcə də Quba rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
 
Fasilələrin yaranması səbəb istismar müddəti başa çatmış diametri 250 millimetrlik siyirtmənin yenisi ilə əvəzlənməsi və yeni çəkilmiş diametri 76 millimetrlik qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır. 
 
BAKU.WS