Azərbaycanla Gürcüstanın birgə yaradacağı ali məktəbin yeri müəyyənləşdi
07
dek
2019
11:02
Azərbaycan-Gürcüstan birgə ali məktəbi Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşəcək.
BAKU.WS bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən report-a məlumat verilib.
Bildirilib ki, bu təhsil müəssisəsində istənilən xarici ölkənin vətəndaşı təhsil ala biləcək:
“Yəni, burada kimlərinsə təhsil almasına məhdudiyyətlər qoyulmayacaq. Amma əsasən, Gürcüstanda Azərbaycan icmasından olan tələbələr təhsil alacaq”.
Oxşar xəbərlər
Gürcüstanın təhsil naziri azərbaycanlı abituriyentlərin problemini nəzarətə götürdü
Gürcüstanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyi bu ölkədə yaşayan azərbaycanlıların ali məktəblərə qəbulla bağlı problemlərini araşdırır.Yaxın vaxtlarda...