Gürcüstanın təhsil naziri azərbaycanlı abituriyentlərin problemini nəzarətə götürdü
22
sen
2018
09:22
Gürcüstanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyi bu ölkədə yaşayan azərbaycanlıların ali məktəblərə qəbulla bağlı problemlərini araşdırır.Yaxın vaxtlarda bununla bağlı qəbul imtahanlarında keçid balı toplayıb, lakin müəyyən səbəblərdən seçdikləri universitetlərə qəbul ola bilməyən abituriyentlərə yazılı məlumat veriləcək.BAKU.WS AzərTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə nazir müavini İrina Abuladze məlumat verib.“Gürcüstanın bölgələrindən olan şagirdlərin ali məktəblərə qəbul zamanı problemlərlə üzləşməmələri üçün aktiv işlər görülməlidir. Hazırda nazirlik bununla bağlı müxtəlif layihələr üzərində çalışır. Biz yerli idarəetmə orqanları ilə birgə çalışırıq ki, şagirdlərimiz təhsil prosesinə daha fəal və rahat qoşula bilsinlər”, - deyə İ.Abuladze bildirib.Onun sözlərinə görə, universitetlərə qəbul ola bilməyən həmin abituriyentlərin də məsələsi araşdırılır və nazirlik onların ali təhsil ala bilmələrinə kömək göstərməyə çalışır.Qeyd edək ki, bu il Gürcüstanın ali məktəblərinə qəbul olmaq üçün iki minə yaxın şagird imtahan verib. Onlardan 482-si imtahanda dövlət tərəfindən müəyyən olunmuş keçid balını toplasa da müəyyən səbəblərdən tələbə adını qazana bilməyib.BAKU.WS
Oxşar xəbərlər
Olimpiada qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olacaq
Beynəlxalq olimpiada və respublika fənn olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulu növbəti qəbul kampaniyasında həyata keçiriləcək.Bunu təhsi...