Olimpiada qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olacaq

Olimpiada qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olacaq
Sosial 1058
Beynəlxalq olimpiada və respublika fənn olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulu növbəti qəbul kampaniyasında həyata keçiriləcək.Bunu təhsil naziri Ceyhun Bayramov deyib.Nazir qeyd edib ki, "Təhsil haqqında" qanuna edilən son dəyişikliklərə əsasən, beynəlxalq olimpiada və respublika fənn olimpiada qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunacaqlar.Onun sözlərinə görə, hazırda Təhsil Nazirliyi müvafiq qurumlarla birlikdə qəbulla bağlı qaydaların hazırlanması üçün iş aparır:"Nazirlər Kabineti qaydaları təsdiqlədikdən sonra növbəti qəbul kampaniyasında bu qaydalardan istifadə ediləcək".\BAKU.WS

Son xəbərlər