Tələbə adı qazananlara XƏBƏRDARLIQ

Tələbə adı qazananlara XƏBƏRDARLIQ
Sosial 660
Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı bu gün başa çatır.BAKU.WS Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər bu gün saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə sentyabrın 3-dək davam edəcək.BAKU.WS

Son xəbərlər