Nazirlər Kabinetinin Mətbuat Xidmətinə yeni TƏYİNAT

Nazirlər Kabinetinin Mətbuat Xidmətinə yeni TƏYİNAT
Sosial 703

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu vəzifəyə jurnalist İbrahim Məmmədov təyin edilib.

Qeyd edək ki, İbrahim Məmmədov 1964-cü ildə Zərdabda anadan olub.

Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar jurnalistidir. "Azadlıq" qəzetində, "Space" və ANS telekanallarında işləyib.

2005-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb. 2006-cı ildən 2012-ci ilin fevralınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olub. 2012-ci ilin fevralından 2015-ci ilin sentyabrınadək AzTV-nin sədr müavini vəzifəsində çalışıb.

Bu günə qədər Region TV-nin sədr müavini olaraq çalışırdı.

Ailəlidir 2 övladı var.

Son xəbərlər