SOCAR “Azəristiliktəchizat”ın borclu olmasına baxmayaraq əhalini soyuqda qoymadı

SOCAR “Azəristiliktəchizat”ın borclu olmasına baxmayaraq əhalini soyuqda qoymadı
Sosial 769
“Azəristiliktəchizat”ın “Azəriqaz”a 29 milyon manatdan çox borcu olduğu və buna görə də “Azəristiliktəchizat”ın qazanxanaları təbii qazla təmin edə bilmədiyi haqda mətbuatda xəbərlər yayılmışdı.Məsələnin ciddiliyini nəzərə alan SOCAR rəhbərliyi, şəxsən Rövnəq Abdullayev əhalinin soyuqdan əziyyət çəkməməsi üçün dərhal tədbir görərək “Azəristiliktəchizat”a verilən təbii qazı təmin edib.Xatırladaq ki, hər il noyabrın 15-dən qanuna uyğun olaraq Bakı şəhərində binalar “Azəristiliktəchizat” tərəfindən istiliklə təmin edilməlidir. Lakin “Azəristiliktəchizat” təbii qaz təminatını həyata keçirən “Azəriqaz”a olan borc öhdəliyini yerinə yetirmədiyi üçün bu kimi problemlər yaranır.Buna baxmayaraq SOCAR rəhbərliyi bu il də əhalinin soyuqdan əziyyət çəkməməsi və qazanxanalara istilik verilə bilməsi üçün müvafiq qərar alıb.Ümid edirik ki, “Azəristiliktəchizat” rəhbərliyi bundan sonra mövcud borca daha məsuliyyətlə yanaşmağa, vəziyyətdən çıxış yolu tapmağa və abonentləri vaxtında lazımi istiliklə təmin etməyə çalışacaq.

Oxşar xəbərlər

Azəriqaz”: Qazanxanaların qaz təchizatı bərpa edilib

Azəriqaz”: Qazanxanaların qaz təchizatı bərpa edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Azəristiliktəchizat” ASC-nin ona borclu olmasına baxmayaraq, qazanxanaların təbii qaz t...

417 Sosial 15:22 16 noyabr 2019

Son xəbərlər