SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"BakuBus” MMC-nin marşrut avtobusu "Formula-1” üzrə Avropa Qran-pri yarışları ilə əlaqədar görülən hazırlıq işləri səbəbindən marşrut xəttini müvəqqəti dəyişib.

BAKU.WS xəbər verir ki, bu barədə "BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə fevralın 11-də səhər saatlarınadək MMC-nin 6 nömrəli marşrut avtobusunun hərəkət istiqaməti dəyişib. Belə ki, "Formula-1” yarışları ilə əlaqədar İstiqlaliyyət küçəsinin Şeyx Şamil və Niyazi küçələri ilə kəsişmələri arasında qalan hissəsi nəqliyyatın hərəkətinə tamamilə bağlı olacaq. "BakuBus” MMC-nin 6 nömrəli marşrut avtobusu Nəriman Nərimanovun heykəlinin önündən deyil, Şəhidlər Xiyabanı istiqamətində hərəkət edəcək.
 
BAKU.WS