VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
SOCAR "Günəşli” və "Neft Daşları”nda baş vermiş qəza nəticəsində həlak olmuş, itkin düşmüş işçilərin ailələrinə və təxlis olunmuş işçilərə göstərilmiş yardımlar barədə məlumat yayıb. 
 
BAKU.WS-in məlumatına görə, SOCAR-ın məlumatında deyilir: 

1. Həlak olmuş və itkin düşmüş 33 nəfərin hər birinin ailəsinə aşağıdakı məbləğdə maddi yardım edilib: 

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 15000 manat; 

- SOCAR-ın vəsaiti hesabına 5000 manat; 

- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 1000 manat; 

- Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 1000 manat; 

2. Qəza nəticəsində 11 nəfər həlak olmuş şəxslərlə bağlı göstərilən yardımlar: 

- dəfn mərasimləri SOCAR-ın aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirak ilə təmin olunmuş, dəfn və məzar daşlarına çəkilən xərcləri SOCAR-ın vəsaiti hesabına həyata keçirilir; 

- hər bir ailəyə "Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə”nin 4.1.1. bəndinə əsasən 2100 manat maddi yardım verilmişdir; 

- hər bir ailəyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq orta əmək haqqının üç misli miqdarında müavinət ödənilmişdir; 

- "Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə”nin 4.1.4. bəndinə əsasən azyaşlı uşaqları 18 (əyani qaydada təhsil alırsa 23) yaşa çatanadək hər birinə görə - uşaqlara himayəlik edən ailə üzvlərindən birinə - ayda 262,5 manat maddi yardım verilməsi nəzərdə tutulur. 

3. Qəza nəticəsində təxlis olunmuş işçilərə aşağıda göstərilən yardımlar edilib: 

- SOCAR-ın vəsaiti hesabından Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzində müalicə alan bir nəfərə 3000 manat, 32 nəfərə isə hər birinə 1000 manat; 

- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 500 manat; 

- Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 500 manat; 

Həmçinin mənzil növbəsində olan və "Neftçi” mənzil-tikinti kooperativi (MTK) tərəfindən mənzillə təmin olunmuş 3 nəfərin (İman Şura oğlu Qasımovun- 31756,07 manat, Bəhmən Nadir oğlu Cəfərovun - 15523,70 manat, Əbdüləziz İsmayıl oğlu Əbdüləzizovun-70234,50 manat; cəmi-117514,30 manat) ödənişi SOCAR tərəfindən həyata keçirilir. 

Bundan əlavə, həlak olmuş və itkin düşmüş ailələrin sosial durumunun yaxşılaşdırmaq məqsədi ilə ailə üzvlərindən bir nəfərinin ixtisas (peşə) və iş təcrübəsinə uyğun SOCAR-ın müəssisə və təşkilatında vakant yerlərə müstəsna hal kimi müsabiqə proseduru tətbiq edilmədən müvafiq işlə təmin olunması, ehtiyac olarsa SOCAR-ın Təlim mərkəzlərində onların hazırlanması nəzərdə tutulub.
 
Şahin Həbibov
BAKU.WS