SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırılır.

BAKU.WS xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.

Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 30 manat müəyyən edilib.

Qeyd edək ki, hazırda bu rüsum 20 manatdır.
BAKU.WS