Texniki baxışdan keçməyən avtomobil radara düşəcək - cəzalar sərtləşdirilir - VİDEO

Texniki baxışdan keçməyən avtomobil radara düşəcək - cəzalar sərtləşdirilir - VİDEO
Video
Hadisə 2837

 

Texniki baxışdan keçməyən avtomobillər radarla müəyyən ediləcək və sürücülər cərimə olunacaqlar.

Xezerxeber.az məlumat verir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bununla bağlı təkliflər hazırlanaraq Milli Məclisə göndərilib.

Təyin olunmuş müddət ərzində texniki baxışdan keçməyən nəqliyyat vasitəsi müşahidə kameraları vasititəsi ilə aşkar ediləcək və sonra yazılan protokola əsasən 10 günün tamamında yolda patrul əməkdaşı həmin avtomobili saxlayıb sürücüyə cərimə yazacaq. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, cəzaların sərtləşdirilməsində əsas məqsəd nasaz avtomobillərin istismarı nəticəsində baş verən yol qəzalarının sayını azaltmaqdır.

Hazırda texniki baxışdan keçmək üçün dövlət rüsumu 20 manatdır. Texniki baxışdan keçməməyə görə cərimə isə 50 manatdır və cərimə yazılandan sonrakı 10 gün ərzində yenə texniki baxışdan keçmədikdə sürücü bir daha 50 manat cərimə olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS

Son xəbərlər