7 koronavirus xəstəsi ictimai yerlərdə aşkar edildi DİN vətəndaşlara səsləndi

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 16-da respublika ərazisində yeddi nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
“Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik”, - DİN-dən bildirilib.
Oxşar xəbərlər
15 nəfər koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı
Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məq...
