SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Whatsapp və Facebook ilə bağlı maraqlı iddia ortaya atılıb.
 
BAKU.WS-in məlumatına görə, dünyanın ən məşhur mesajlaşma tətbiqi olan WhatsApp-da Facebook ilə məlumat mübadiləsi apara biləcək program kodlarından istifadə olunduğu məlum olub. 

WhatsApp-ın beta versiyasında kəşf olunan kodlar tətbiqin hesab məlumatlarını Facebook ilə paylaşa biləcəyinə əsas verir. Bununla yanaşı, funksiyanın tətbiq edilib edilməyəcəyi hələlik dəqiq bilinmir.
 
 
WhatsApp-ın sahibi olan Facebook bu cür bir məlumat mübadiləsi ilə pulsuz olaraq təqdim edilən tətbiqdən gəlir əldə etməyi planlaşdırır. 
 
Qeyd edək ki, Facebook sözügedən funksiyanı artıq Instagram vasitəsilə tətbiq edir. Belə ki, Instagram istifadə etmək istəyən şəxs Facebook vasitəsi ilə bu sosial şəbəkəyə giriş imkanı əldə edir. 
 
BAKU.WS