Bakının Nasimi Rayonu Cavadxan küçəsi bina 56-da azyaşlı uşağın ayaqlarının anası və xalası tərəfindən bir-birinə zəncirlənməsinə dair məlumat var.

BAKU.WS 
anews.az-a istinadən xəbər verir ki, daxil olan məlumata video və foto da əlavə edilib. 

Zərərçəkənin azyaşlı olmasını nəzərə alaraq, onun səsinin və əlamətlərinin tam düşdüyü videoda azyaşlı açıq şəkildə deyir ki, onun ayaqlarını bir-birinə xalası zəncirləyib və 2 gündür evdə ayaqı zəncirlənmiş formada saxlanılır. Anası və xalası isə hər səhər işə gedirlər, axşam saat 12-ə kimi işdə olurlar. 

Onun sözlərinə görə, qapını da arxadan bağlayıblar və o ancaq evin içində ayağı zəncirlənmiş formada hərəkət edə bilir. Hətta özünə yeməyi də o formada götürür.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində ayaqlarından zəncirlənmiş azyaşlının fotosu avqustun 20-da Bakı şəhər Baş Polis İdarəsinə daxil olub. Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı dərhal baş idarənin rəhbərliyi tərəfindən fakt nəzarətə götürülüb, ərazi polis orqanına – Nəsimi Rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib. 

Onun sözlərinə görə, Yevlax şəhərində anadan olan 1988-ci il təvəllüdlü Ömər Həsənlinin anası Şahanə İmayılova tərəfindən zəncirlə ayağından bağlamasına dair ilkin araşdırma zamanı müəyən olunub ki, ana öz övladını bacısı Aygün İsmayılova ilə birgə kirayədə yaşadığı ünvanda işdə olduqları müddətdə - saat 8:00-dan axşam saat 00-00 radələrinə qədər nəzarətsiz qoyub. Bu müddət ərazində azyaşlının heç yerə getməməsi ayaqlarını zəncirlə bağlayıblar. Ş.İmayılova oğlunun çətin tərbiyə olunan uşaq olduğunu əsas gətirərək, yay tətilinə görə Yevlax rayonundan gətirərək yaşadığı ünvanda bu addımı atdığını etiraf edib. 

Hacıyev əlavə edib ki, araşdırma zamanı Nəsimi RPİ İctimai təhülkəsizlik şöbəsi və 19-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə həmin zəncir aşkarlanaraq, protokol tərtib olunub. Fakt üzrə toplanan materiallar prokurorluğa təqdim olunub.


BAKU.WS