64 nəfərə Azərbaycan vətəndaşlığı verilib

64 nəfərə Azərbaycan vətəndaşlığı verilib
Sosial 52

Ötən il vətəndaşsızlıq vəziyyətində olan 64 şəxsə Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan vətəndaşlığı verilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd edilib.

Hesabata əsasən, onlardan 21-i vətəndaşlığı olmayan, 43-ü isə vətəndaşlığı naməlum şəxslərdir.

2025-ci ildə 67 nəfər qaçqın statusu əsasında Azərbaycanda yaşayıb.

2025-ci il 31 dekabr tarixinə Azərbaycanda qanuni əsaslarla olan və ya yaşayan əcnəbilərin sayı 184 419 nəfər olub (2024-cü ildə 184 835 nəfər).

Hesabatda həmçinin qeyd olunub ki, 2025-ci ildə müvəqqəti yaşaması üçün icazə verilmiş (müddəti uzadılmış) əcnəbilərin sayı 80 036 nəfər olub ki, bu da 2024-cü illə müqayisədə 8531 nəfər çoxdur.

Bununla yanaşı 2025-ci ildə 342 393 əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb (2024-cü ildə 357 204), 1594-nun müvəqqəti olma müddəti uzadılıb (2024-cü ildə 2471), 3436-na daimi yaşamaq üçün icazə verilib və ya müddəti uzadılıb (2024-cü ildə 3016), 9945-nə iş icazəsi verilib və ya müddəti uzadılıb (2024-cü ildə 10 868).

Son xəbərlər