SİZİN REKLAM BURADA!
055 213 76 73


Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazının vaxtı açıqlanıb.

BAKU.WS xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bayram namazının iyunun 5-i saat 08:00-da “Əjdərbəy” məscidində, saat 09:00-da isə “Təzə Pir” məscidində bayram namazı qılınacağını elan edib.

Məlumata görə, QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq.

Qazilər Şurasının verdiyi fətvada qeyd olunur ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb.

İyunun 5-i və 6-sı Azərbaycanda Ramazan bayramıdır.
BAKU.WS