SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün bəzi rayonlarda qazın təchizatında məhdudiyyətlər olacaq.
 
"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, Binəqədi, Xətai, Nərimanov, Xəzər və Abşeron rayonlarınin təbii qaz təchizatında yanvarın 13-də saat 10.00-dan işlər yekunlaşanadək dayandırılacaq.

Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 315 mm-lik yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə qeyd edilən rayonların bəzi ərazilərində təbii qazın verilişində fasilələr yaranacaq.
 
BAKU.WS